Şəhid Muxtar Qasımlının ev muzeyinə ziyarət

 

     16 oktyabr 2021-ci il tarixində məktəbdə fəaliyyət göstərən  1 nömrəli Uşaq -Gənclər İnkişaf  Mərkəzinin  “ Nitq mədəniyyəti ” və “ Xor ifaçılığı ” dərnəyinin üzvləri şagirdlərimiz ilə birlikdə 2-ci Qarabağ müharibəsinin şəhidi baş leytenant ölümündən sonra “ Vətən uğrunda ” medalı və “ Füzulinin azad olunması ” medalı ilə təltif olunmuş  Muxtar Qasımlının evinə ziyarətə gediblər.

     Şəhid ailəsinə ziyarət etməkdə məqsəd yetişən gənc nəsli şəhidin ailəsi ilə yaxından tanış etmək onun keçdiyi həyat yolunu yaxinlarinin dilindən eşitmək vətənpərvərlik hisslərini aşılamaqdır.

     Dərnək üzvləri şəhidimizin xatirəsini əbədiləşdirən ev muzeyi ilə tanış olub, şeir kompozisiyası ilə çıxış ediblər. Şəhidin anası və atası oğlunun keçdiyi həyat yolundan onun göstərdiyi şücaətindən şagirdlərə danışıblar.
     Şəhid ailəsinə ziyarətə 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin  “Nitq mədəniyyəti” və “Xor ifaçılığı” dərnəyinin üzvləri və dərnək rəhbərləri  iştirak ediblər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi