VI Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib

    Oktyabrın 16-da VI Respublika fənn müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

    Mərasimdə təhsil nazirinin müavini Firudin Qurbanov, Təhsil İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları, şagird və valideynlər iştirak ediblər.

    Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

    Giriş nitqi ilə çıxış edən Təhsil Nazirliyinin Lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev fənn müsabiqələrinin keçirilməsinin məqsədi barədə danışıb. Fuad Qarayev deyib ki, əsas məqsəd istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılmasıdır.

   Tədbirdə iştirak edən təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə istedadlı uşaqların müəyyənləşdirilməsi, onların akademik potensiallarının inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şagirdlərimizin əldə etdikləri uğurlardan danışan nazir müavini bildirib ki, beynəlxalq yarışma qaliblərinin ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbulu məktəbliləri olimpiadalarda iştiraka daha da stimullaşdırır. 

    Daha sonra müsabiqə qaliblərinə diplom, medal və hədiyyələr təqdim edilib. Sevindirici haldır ki, məktəbin  7 "D" sinif şagirdi İbrahim Həsənli də qaliblər sırasındadır. İbrahim VI Respublika fənn müsabiqəsində  "İnformatika" fənni üzrə ikinci yer tutmuşdur. Şagirdimizi təbrik edirik və gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi