“Zəfərə gedən yol” adlı tədbir

 

   12 oktyabr 2021-ci il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin və məktəbin təşkilatçılığı ilə Vətən müharibəsində şəhid olmuş, “Vətən uğrunda”, “İgidliyə görə” və “Füzulinin azad olunmasına görə” medallarla təltif olunan Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Zeynalov Tural Ruslan oğlunun  xatirəsinə həsr olunmuş “Zəfərə gedən yol” adlı tədbir keçirilib.

     Tədbirin keçirilməsində məqsəd Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək, adları əbədi olaraq Azərbaycan dövlətinin tarixinə həkk olunmuş şəhidlərimizi gənc nəslə tanıtmaqdır.

   Tədbirdə 1 nömrəli Uşaq-Gənclər İnkişaf  Mərkəzinin “Nitq mədəniyyəti” və “Xor ifaçılığı” dərnəyinin uşaqları şəhidlərə həsr olunmuş şeir kompozisiyası və musiqi nömrələri ilə çıxış ediblər. Daha sonra  şəhid qəhramanlarımızın  həyatı və döyüş zamanı göstərdikləri şücaəti barədə video çarxlar göstərilib. Onları yaxından tanıyanlar öz xatirələrini bölüşüblər.

    Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, Şəhid Tural Əliyevin ailəsi, qazı, mayor Samir Ocaqvediyev, “Cəsur döyüşçü, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi Elnur Əsgərov, “Ağdamın azad olunmasına görə” təltif olunmuş qazi Teymur Məlikov, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi Ruslan Rəhimov, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medali ilə təltif olunmuş qazi Elnur Əsgərov, “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi Vüqar Məmmədov, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş qazi Tural Şükürov, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin   əməkdaşları və valideynlər iştirak ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi