Şagirdlərimiz "Ailə ağacı" hazırladılar

    06.10.2021-ci il tarixində məktəbin 2 “Ə” sinfində Azərbaycan dili dərsində “Ailə ağacı” mövzusu keçirildi. Şagirdlərə tapşırıq olaraq mövzuya uyğun " Ailə ağacı"-nın hazırlanması idi. Müəllim Aygün Dadaşova ailə, ailənin hər bir üzvünün vəzifələri və hüquqları haqqında ətraflı məlumat verdi.

   Şagirdlər dərslikdə verilmiş təlimata uyğun olaraq tapşırığı müvəffəqiyyətlə yerinə yetirmişdilər. Onlar kiçik budaqlardan, rəngli kağızlardan, plastilin, iplərdən istifadə edərək ailə ağacını hazırladılar. Hər bir şagird öz ailəsinin ağacını hazırlayıb təqdimat etdi. Təqdimat zamanı hər bir məktəbli ailə üzvləri haqqında məlumat verdilər. Dərs çox maraqlı və yaddaqalan oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi