Anım günü

      Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır. Bu gün 27.09.2021-ci il tarixi bütün respublikada Anım Günü kimi qeyd edilir.

    2020-ci il sentyabrın 27-dən Ermənistanın Respublikasının ölkəmizə qarşı başladığı hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Qarabağın düşmən tapdağından azad olunması üçün rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirmişdir. Bunun nəticəsidir ki,  artıq 30 ilə yaxın işğal altında qalan torpaqlarımız şəhidlərimizin canı, qanı bahasına azad edilib.

     Anım Günü ilə əlaqədar olaraq məktəbin ibtidai siniflərində ilk dərslər II Qarabağ müharibəsində şəhid olan vətən oğullarına həsr olunub. Şagird və müəllimlər hər biri üstündə şəhidlərin şəkli olan plakat və yaxalıqları taxaraq 1 dəqiqəli sükutla şəhidlərimizin ruhunu yad etdilər.

     Allah bütün şəhidlərimizə rəhmət eləsin!

     Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi