İlk dərs günü

      22.09.2021-ci il tarixində ümumtəhsil məktəblərinin I - IV siniflərində yeni tədris ilinə start verildi.  Bu gün bütün məktəblərdə " Bilik günü " kimi  qeyd edilir. 

   " Bilik günü " Azərbaycan Respubikasının Dövlət himninin səsləndirilməsi ilə başlandı. Sonra ilk dərs günü münasibətilə müəllim və şagirdləri təbrik edən məktəbin direktoru Elçin Abdullayev yeni tədris ilində hər kəsə uğurlar arzu etdi. Məktəbə ilk qədəmlərini qoyan birinciləri xüsusilə təbrik etdi. Bu gün ən çox onlar üçün səbirsizliklə, sevinc və həyacanla gözlədikləri bir gündür. Onlar əlifba ilə tanış olub, kitablar oxuyub, şeirlər əzbərliyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata məktəb həyatına qədəm qoyacaqlar.

    Sonda məktəbin direktoru Elçin Abdullayev onu bildirdi ki,  Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi