“Şəhidlərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində “Tarix Yazan Vətən Oğulları” adlı səkkizinci telekörpü

     11.06.2021-ci il tarixində məktəbin təşkilatçılığı ilə “Şəhidlərimizi tanıyaq və tanıtdıraq” layihəsi çərçivəsində “Tarix Yazan Vətən Oğulları” adlı səkkizinci telekörpü keçirilmişdir. Şəki şəhəri 18 nömrəli tam orta məktəb ilə keçirilən onlayn tədbir Şəki şəhərindən olan şəhidlərə həsr olunmuşdur. Tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlamış, sonra isə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. İlk sözü məktəbin direktoru Elçin Abdullayev söyləyərək  dövlətimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizi daha yaxından tanımaq və gələcək nəslə tanıtdırmağın hər kəsin borcu olduğunu vurğuladı. Daha sonra çıxış üçün söz hər iki məktəbin şagirdlərinə verildi. Şagirdlər 44 günlük Şanlı Zəfər tariximizdə Şəki şəhərindən olan  qəhrəman şəhidlərimiz barədə geniş məlumat verdilər, şəhidlərimizə həsr olunmuş şeirlər söylədilər. Eləcə də bu şəhidlərdən biri olan Məmmədov Əlihüseyn Elşad oğlu haqqında bir qədər geniş məlumat verildi və şəhidin ailə üzvləri, müəllimləri, yaxınları onunla bağlı xatirələrini söylədilər  Şagirdlərin çıxışından sonra tədbir iştirakçıları da öz çıxışlarını edərək xalqımızın bu qələbənin memarı olan başda Ali baş komandan İlham Əliyev və müzəffər Azərbaycan Ordusu ilə qürur duyduğunu söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi