“Yay məktəbi”nə start verilib

    Bir ildən artıq davam edən pandemiya şəraitinin fəsadları bütün sahələrə olduğu kimi təhsil sahəsinə də öz  təsirini göstərib, cari tədris ilinin böyük hissəsi distant formada təşkil olunub. Bütün bunları nəzərə alan Təhsil Nazirliyi “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı qərar qəbul edib.

    Artıq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində “Yay məktəbi”nə start verilib. 16 iyun tarixindən 30 iyun tarixinədək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. “Yay məktəbi”nin keçirilməsində əsas məqsəd mövcud vəziyyətlə əlaqədar şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsidir.  

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi