“Son zəng” tədbiri keçirildi

 

      14 iyun 2021–ci il tarixində məktəbdə “Son zəng” tədbiri keçirildi. "Son zəng" tədbirində  məktəbin direktoru Elçin Albullayev, direktor müavinləri, pedaqoji kollektivi və şagirdlərimiz iştirak etdilər.

     Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Elçin Abdulayev qonaqları salamladı, şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi və milli sərvətimiz olan Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında tədbir açıq elan edildi. Məktəbin direktoru Elçin Abdullayev 2020–2021–ci tədris ilində məktəbdə görülən işlərdən və qazanılmış uğurlardan danışdı, məzunları təbrik edərək, onlara gələcək təhsillərində və həyatda uğurlar arzuladı.

      Sonra məktəbin təlim tərbiyə işləri üzrə direktor müavinləri Həqiqət Gülalıyeva, Elvin Aslanlı, Arzu Məmmədova şagirdlərimizin elmi və mənəvi potensialının inkişafına, uşaqlarımızın sağlam böyüməsinə, şəxsiyyət kimi formalaşmasına xidmət edən müxtəlif dövlət proqramlarının uğurlu nəticələrindən söhbət açdılar, isti, əziz ana qucağı tək müqəddəs olan məktəblərindən ayrılan məzunlara arzularını ifadə etdilər.

    Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova isə çıxışında Prezidentmiz İlham Əliyevin 2021-ci ili “Nizami ili” elan etməsini və bu ilki məzunlarımızın məzun olduğu ilin yəni 2021-ci ilin dahi Nizaminin anadan olmasının 880 illiyinə təsadüf etməsini xüsusi vurğuladı.

    XI sinif məzunları öz maraqlı və məzmunlu çıxışlarında vətənə, müəllimlərə, məktəbə olan hörmət və sevgilərini ifadə etdilər. İstedadlı şagirdlər mahnı, rəqs və şeir nümunələri ilə məzunları təbrik etdilər. Tədbirin sonunda məzunlar üçün son zəng çalındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi