”Təbiəti qoruyaq” mövzusunda onlayn dərs
Məktəbin 2 “C” - pilot sinfində ”Təbiəti qoruyaq” mövzusunda onlayn dərs keçirildi. Dərsdə ”Ana təbiətin uşaqlara məktubu“ oxundu. Uşaqlar da öz növbəsində ona cavab məktubları yazdılar. Onların məktubları çox maraqlı və rəngarəng alındı.
Bu dərsdən uşaqlar belə bir nəticə çıxartdılar ki, təbiət bizim hər birimizin evidir, onu qorumaq isə hər birimizin borcudur. Onlar söz verdilər ki, biz təbiəti və özümüzü xilas edəcəyik.
Bizə inan ana təbiət!