1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü

    01.06.2021-ci il tarixində məktəbin 1 “Ə” sinif şagirdlərinin iştirakı ilə “Uşaqlar bizim gələcəyimizdir” adlı onlayn görüş  keçirildi. İlk öncə şagirdlər Azərbaycan Respublikası Dövlət Himnini səsləndirdilər. Şagirdlər sevdikləri cizgi filmi qəhrəmanları haqqında hər biri ətraflı məlumat verdilər. Onlar qəhrəmanlarının müsbət və mənfi xüsusiyyətlərini obrazların dili ilə canlandırdılar. Kiçikyaşlı məktəblilər sevimli məşğuliyyətlərini və istəklərini söylədilər. Şagirdlər bu il onlara ən böyük hədiyyənin məhz doğma torpaqlarımızın işğaldan azad olunmasının olduğunu söylədilər. Onlar cənab Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə rəşadətli Azərbaycan Ordusuna təşəkkür etdilər. Daha sonra Vətən uğrunda canından keçmiş zabit və əsgərlərimizin xatirələri yad edildi.

    Müəllim Aygün Dadaşova 1 İyun tarixinin ölkəmizdə və dünyanın digər ölkələrində uşaqlar gününün necə qeyd edildiyi haqqında məlumat verdi.

    Uşaqlar bizim gələcəyimizdir və ölkəmizin gələcəyi onların əlindədir, onların müdafiəsinə hamılıqla qoşulmaq bizim borcumuzdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi