1 iyun - "Uşaqların Beynəlxalq Müdafiəsi Günü"nə həsr olunmuş tədbir

   Uşaqların Beynəlxalq Müdafiəsi Günü – 1 iyun  1950-ci ildə  BMT Baş Assambleyası tərəfindən qeyd olunması qərara alınıb. Həmin gün təşkil olunan "Qadınların Beynəlxalq Konfransı"nda uşaq hüquqlarının təmin edilməsi ilə bağlı təkliflər səslənib və elə həmin tədbirdə də 1 iyun tarixini uşaqların beynəlxalq müdafiəsinə həsr etmək qərarı verilib. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşüb. Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.

   Bununla əlaqədar olaraq 01.06.2021-ci il tarixində məktəbin 1 “C” sinif müəllimi Sədaqət İsmayılovanın təşkilatçılığı ilə onlayn tədbir keçirildi. Tədbirdə məktəbin direktoru Elçin Abdullayev, təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova iştirak ediblər. Müəllim Sədaqət İsmayılova tədbiri açıq elan edərək şagirdləri bu bayram münasibətilə təbrik etdi. Sonra sözü məktəbin direktoru Elçin Abdullayevə verdi. Elçin Abdullayev  şagirdləri təbrik edib, onlara ürək sözlərini söylədi.             Şagirdlər 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı maraqlı məlumatlar verdilər, şeirlər söylədilər. Jasmin Fərzizadə, Aysel Quliyeva, Həcər Qasımlı uşaq mahnıları ifa edərək tədbiri daha da şənləndirdilər. Nuray Vəliyeva isə hazırladığı rəqs nömrəsi ilə göz oxşadı. Sonda Sədaqət İsmayılova tədbirdə iştirak edən hər kəsə təşəkkürü bildirdi.                                                                                                                                      

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi