28 may - "Respublika günü "

     27.05.2021-ci il  tarixində  5 “E”  sinfində  28 may - "Respublika günü " mövzusunda təşkilat saatı keçirildi. Sinif rəhbəri Əskərova Aytən şagirdlərə Respublika gününün tarixi haqqında geniş məlumat verdi. 1918-ci il mayın 28-də Məmməd Əmin Rəsulzadənin başçılığı altında Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət yaradılmışdır. Bu respublika azərbaycanlıların tarixi yaddaşında Azərbaycan dövlətçiliyinin ilk təcrübəsi kimi iz qoymuşdur. Ulu Öndərimiz dəfələrlə bildirmişdi ki, biz bu gün demokratik Azərbaycan dövlətini qururuqsa, ayağa qaldırırıqsa, Xalq Cümhuriyyətinə borcluyuq. Azərbaycan Xalq Cümhuriyyətinin tariximizdəki yeri və roluna xüsusi qiymət verən Heydər Əliyev deyirdi: “Biz ilk Demokratik Cümhuriyyətin yaranması gününü əziz tutaraq, onu Azərbaycanın dövlət müstəqilliyi günü – Respublika Günü elan etmişik və bu, bizim milli bayramımızdır”.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi