Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümü

07.05.2021 ci il tarixində məktəbin 2 ”B” - "Sağlam təhsil" sinfi keçirdiyi sinif təşkilat saatını Ulu öndər, Ümummilli lider Heydər Əliyevin 98 illiyinə həsr etdi. Müəllim Aytən Ovçuyeva şagirdlərə Ulu öndərin şəkillərindən ibarət videoçarx nümayiş etdirdi.
Heydər Əliyev Azərbaycan Respublikasını 1993 cü ildə məhv olmaqdan qurtardı. Onun hakimiyyəti dövründə Azərbaycanda bir sıra islahatlar keçirildi.
Sonra isə şagirdlər Heydər Əliyev haqqında şeirlər söylədilər. Şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirdilər.