Heydər Əliyev - Dahi xilaskar

     07.05.2021-ci il tarixində məktəbin 1 “Ə” sinfində Ümummilli lider, Ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş təşkilat saatı keçirildi.

İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Kiçikyaşlı məktəblilər dahi xilaskar Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verdilər. Ulu öndərin hikmətli sözlərini ifadə etdilər. Ümummilli liderə həsr olunan şeirləri səsləndirdilər. Şagirdlər çəkdikləri rəsmləri, hazırladıqları əl işlərini təqdim etdilər.

    Daha sonra Heydər Əliyevin uşaqlarla görüşündən ibarət olan kadrlar nümayiş etdi. Ümummilli lider Heydər Əliyev demişdir: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır.”

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi