10 May - Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü

07.05.2021 -ci ildə məktəbin 3 “C" sinfində distant şəkildə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Şagirdlərə Ümummilli Lider Heydər Əliyevin həyatı və fəaliyyəti, rəhbərliyi dövründə uğurlu siyasəti barədə məlumat verildi. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu. Uşaqlar Ulu Öndərə həsr olunmuş şeirlər söylədilər.
Azərbaycan xalqı Ümummilli Lider dahi şəxsiyyət Heydər Əliyevin xatirəsini daim əziz tutur, qəlblərində əbədi yaşadırlar.