Abdulla Şaiqin ev muzeyinə virtual olaraq səyahət

Məktəbin müəllim və şagird kollektivi Abdulla Şaiqin ev muzeyinə virtual olaraq səyahət etdilər. İlk öncə tədbiri məktəbin direktoru Elçin Abdullayev açdı. Elçin Abdullayev ilk öncə şagirdlərə Abdulla Şaiq haqqında ətraflı məlumat verdi. O, həmçinin onuda vurğuladı ki, Abdulla Şaiq o şəxsdir ki, 1906 cı ildə Müəllimlərin qurultayında çıxış edərək o dövrdə Azərbaycan dilində tədrisə nail olub. Sonra isə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova uşaqlara Abdulla Şaiq haqqında danşdı. Uşaqlar da Abdulla Şaiq yaradıcılığından şeirlər söylədilər.