Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olunmuş təşkilat saatı

Məktəbin 2 “A” sinfində keçirilən təşkilat saatı Ümummilli Lider Heydər Əliyevin 98-ci ildönümünə həsr olundu. Sinif rəhbəri Kifayət Axundova şagirdlərə Heydər Əliyev irsi haqqında ətraflı məlumat verərək, Heydər Əliyevin hakimiyyəti illərində həyata keçirdiyi quruculuq işləri, ölkədə yaratdığı əmin-amanlıq, xalqa olan sevgisindən bəhs etdi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Onun Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.