Abdulla Şaiqin " Zəhmət və zinət " mövzusunda onlayn dərs
06.05.2021 tarixində distant dərs zamanı 4 “D sinfinin sinif rəhbəri Anaxanım Veysalova Azərbaycan dili dərsində Abdulla Şaiqin " Zəhmət və zinət " mövzusunu keçərkən dahi Azərbaycan yazıçısı Nizami Gəncənin " Kərpickəsən qocanın hekayəsi " əsəri ilə inteqrasiya etdi. Müəllim hər iki əsərdə şagirdlərə zəhmətə olan hörmət, alın təri ilə işləmək, əxlaqi dəyərlər formalaşdırmaqdan söhbət getdiyini söylədi. Şagirdlərə "Kərpickəsən qocanın hekayəsi" videoçarxını izlətdi. Şagirdlər də öz növbəsində Nizami Gəncəvinin kəlamlarından söylədilər. Əlavə məlumat olaraq şagirdlərə bu il Nizami Gəncəvinin 880 illiyinin qeyd olunduğunu dedi. Onun həyat və yaradıcılığı haqqında geniş məlumat verdi.