"Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda onlayn açıq dərs

     Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü ərəfəsində məktəbdə silsilə tədbirlər keçirilir. Məktəbin tarix müəllimi Nigar Məmmədova 11-ci siniflərdə "Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda onlayn açıq dərs keçirdi. Əvvəlcə müəllim Nigar Məmmədova  Ulu Öndər Heydər Əliyevin  həyat və fəaliyyəti haqqında geniş məlumat verdi. Sonra isə şagirdlər mövzu ətrafında bir-biri ilə fikir mübadiləsi apardılar. Heydər Əliyevin uzaqgörən siyasəti, Azərbaycan xalqına verdiyi töhfələri haqqında danışıldı.

    Sonda məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva Ulu Öndərin irsindən söz açaraq ” Tarix həmişə hər şeyi öz yerinə qoyur “ kəlamı ilə bitirdi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi