"İmtahan qabağı stress və gərginlikdən xilas olmaq yolları" mövzusunda onlayn seminar keçirilib
Məktəbin psixoloqu Vəfa Ağayeva IX-XI sinif şagirdləri ilə "İmtahan qabağı stress və gərginlikdən azad olmaq yolları " mövzusunda seminar keçirib. Psixoloq qeyd etdi ki, imtahan qabağı valideynlər şagirdlərə çox böyük dəstək olmalıdır. İmtahan qabağı şagirdlər iki problemlə qarşılaşır. 1-ci imtahan zamanı yaşadığı həyəcan səbəbindən bildiklərini lazımınca nümayiş etdirə bilməmək, 2-cisi isə hazırlıq zamanı beynin həddən artıq yüklənməsi və yeni məlumatların çətin qavranılması. Bunun üçün imtahana 1-2 gün qalmış oxumağı dayandırmaq, gecə 7-8 saat yatmaq, təmiz havada gəzmək, beyni dincəltmək lazımdır.