Dahi Nizami əsərlərinin - "Əmək və onun növləri" ilə inteqrasiyası
28.04.2021-ci il tarixində müəllim Vüsalə Abbasovanın rəhbərliyi ilə 7 “A” sinfində həyat bilgisi fənnindən onlayn dərs təşkil keçirildi. Məqsəd "Nizami Gəncəvi ili" nin elan edilməsi ilə əlaqədar olaraq dahi şairin əsərlərinin "Əmək və onun növləri" ilə inteqrasiyasını təşkil etmək olmuşdur. Dərsdə təlim tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva, Metodbirləşmə sədri Təranə Cəbrayılova, coğrafiya müəllimi Gülbəniz Piriyeva iştirak etmişdir. Əvvəlcə "Kərpickəsən kişinin dastanı" hekayəsinin təqdimatı oldu, sonra bu hekayədə əməyin tərənnümü, şagirdlərin əməyə münasibəti, əməyin cəmiyyətin həyatında rolu haqqında danışıldı. Şairin həyat və yaradıcılığı haqqında şagirdlər məlumat verdilər. Dərsdə təlim - tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva da iştirak etdi.