"Demosfen" və Nizami Gəncəvinin "İskəndərnamə" poemasında İskəndər və 7 filosof mövzusundakı onlayn dərs

      29.04.2021-ci il tarixində 5 “C” sinfində Nizami Gəncəvinin 880 illik yubileyinin keçirilməsi ilə bağlı tədbirlər planında nəzərdə tutulan "Demosfen" və Nizami Gəncəvinin "İskəndərnamə" poemasında İskəndər və 7 filosof mövzusundakı onlayn dərs keçirildi. Dərs dünya tarixində iz qoyan şəxsiyyətlər haqqında məlumatla başladı. N.Gəncəvinin müdrik kəlamları səsləndi. Şagirdlər N.Gəncəvinin "İskəndərnamə" pomasında yaratdığı ədalətli hökmdar obrazı ilə - Makedoniyalı İskəndərlə tanış oldular. Daha sonra IV əsrdə Afinada yaşamış, dünya tarixində ən güclü ritorika  ustası hesab edilən Demosfen haqqında məlumat verildi. Dərsin sonunda belə bir nəticəyə gəldi ki, insan öz iradəsi, mübarizliyi, elmə,sənətə sevgisi sayəsində qarşısında duran hər bir çətinliyə qalib gələ bilər.

"Qüvvət elmdədir, başqa cür heç kəs,

Heç kəsə üstünlük eyləyə bilməz".(N.Gəncəvi)

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi