Akademik alim, görkəmli oftolmoloq Zərifə Əliyevanın 98-ci il dönümünə həsr edilmiş təşkilat saatı

       28.04.2021- ci il tarixində 5 “B” sinfində akademik alim,görkəmli oftolmoloq Zərifə Əliyevanın 98-ci il dönümünə həsr edilmiş təşkilat saatı keçirildi. Sinif rəhbəri Nigar Hüseynova  dəyərli insan, gözəl ana, sevimli nənə, vəfalı həyat yoldaşı, qeyri-adi ürək sahibi, minlərlə gözə işiq verən fədakar həkim Zərifə xanım haqqında məlumat verdi. Sonra Zərifə Əliyevanın həyat yolunu işıqlandıran video çarx nümayiş etdirildi. Şagirdlər Zərifə xanımı mehriban ana, sevimli nənə, incə ruhlu, həyatsevər insan, ziyalı qadın kimi cəhətləri haqqında fikir mübadiləsi apardılar.  Sonda Nigar müəllimə, Zərifə xanımın Ümummilli lider Heydər Əliyevin ömür-gün yoldaşı olduğunu, bu gün adını qürur, böyük fəxrlə çəkdiyimiz, möhtərəm Prezidentimizin anası kimi dəyərləndirdi. Bu gün hamımıza öz ağlı, zəkası, yüksək mədəniyyəti, insanlığı ilə örnək olan Zərifə xanımın ruhu bir dəqiqəlik sükutla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi