“Kitabla dünyanı fəth et” adlı onlayn görüş

       23 aprel 2021-ci il tarixində məktəbin şagirdləri Firudin bəy Köçərli adına Respublika Uşaq Kitaxanası və Gəncliyə yardım fondunun birgə təşkilatçılığı ilə hazırlanan 23 Aprel – Türkiyə Milli Suverenlik və Uşaq bayramı, həmçinin Dünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilmiş “Kitabla dünyanı fəth et” adlı onlayn görüşdə iştirak etmişlər. Görüşdə ilk öncə 44 günlük Vətən müharibəsi və Çanaqqala şəhidlərinin timsalında bütün türk dünyasının şəhidlərinin əziz xatirələrini bir dəqiqəlik sükutla yad edilib. Görüşdə Türkiyə və Azərbaycandan dəyərli qonaqlar - kitab həvəskarları, yazıçılar və iştirak ediblər. İlk öncə F.Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova  çıxış edərək şagirdləri və bütün görüş iştirakçılarını salamlamış və hər kəsə iştirakı üçün təşəkkürünü bildirmişdir. O, Azərbaycan ilə Türkiyə arasında olan dostluq, əməkdaşlıq və həmrəyliyin daha sıx tellərlə bağlandığını və bu qardaşlıq əlaqələrinin günü-gündən möhkəmləndiyini qeyd edib.  Tədbirin təşkilatçılarından olan Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim kitabların uşaqların xarakterlərinin formalaşmasındakı rolundan bəhs edib və bu günə qədər Respublika Uşaq Kitabxanası ilə birgə həyata keçirilən layihələrin əhəmiyyətindən danışıb. Həmçinin görüşdə çıxış edən Azərbaycan və Türkiyə uşaq yazarları, uşaq ədəbiyyatı naşirləri 23 aprel -Türkiyə Milli Suverenlik və Uşaq Bayramı gününün əhəmiyyətindən bəhs edib və uşaqlara öz təbriklərini çatdırıblar. Görüşün bədii hissəsində şagirdlərimiz bir birindən maraqlı çıxışlar etmiş,“Bir başkadır benim memleketim” “Çırpınırdı qara dəniz”, “Azərbaycan”, “Bana bir masal anlat baba” mahnıları ifa oxunub və Azərbaycan Türkiyə qardaşlığı haqqında şeirlər söylənilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi