23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ günüdür
Məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərova 23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ günü ilə əlaqədar şagirdlərə müəllif hüququ anlayışından, bu günün yaranma tarixindən, kitab və müəlliflik hüququ anlayışının bir-biri ilə qırılmaz təmasda olmasından ətraflı məlumat verdi. Şagirdlər mütaliə etdiyi kitablar haqqında danışaraq kitabxanaçı ilə müzakirələr apardılar. Kitabxanaçı Fəxriyyə Cəfərova Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Hər kitab bir xəzinədir” adlı sosial layihəyə start verilməsi haqqında şagirdləri məlumatlandıraraq, kitabsevər şagirdlərimizin bu layihədə iştirak etmələrini tövsiyə etdi.