Gülzar İbrahimova ilə görüş

    26.04.2021-ci il tarixində yazıçı Gülzar İbrahimova ilə onlayn görüş keçirildi.  Tədbirdə məktəbin müəllim və şagird kollektivi iştirak edirdi. Tədbirin keçirilməsinin əsas məqsədi pandemiya dövründə şagirdlərin asudə vaxtının səmərəli təşkili, onlarda mütaliə vərdişlərinin aşılanması, təfəkkür və rabitəli nitqin formalaşmasına şərait yaratmaqdır.  İlk öncə  tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova,  Azərbaycan dili və ədəbiyyat müəllimi Reyhan Qasımova, ibtidai sinif müəllimi Aygün Dadaşova çıxış etdilər.    

     Şagirdlər yazıçının həyat və fəaliyyəti haqqında məlumat verdilər. Gülzar xanım ona verilən bütün sualları ətraflı cavablandırdı. Yazıçı məktəblilərə kitab oxumağı, səylə çalışmağı, istədikləri fəaliyyətlə məşğul olmağı  və s. kimi ibrətli məsləhətlər verdi.  Daha sonra 44 günlük vətən müharibəsindən, qəhrəman şəhid və qazilərimizdən söz açdı. Məktəblilər yazıçını diqqətlə dinləyir, onun şeirlərindən nümunələr  söylədilər.  Görüş çox yaddaqalan oldu. Sonda məktəbin ibtidai sinif müəllimi Aygün Dadaşova tədbirdə iştirak edən hər kəsə minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi