"Nizami ili" il' əlaqədar onlayn silsilə tədbirlər davam edir

    Azərbaycan Respublikasının prezidenti Cənab İlham Əliyevin sərəncamı ilə 2021-ci il "Nizami ili" elan edilmişdir. Bu sərəncama əsasən məktəbdə silsilə tədbirlər və açıq dərslər davam etdirilir.  Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Reyhan Qasımova 5 “Ç” sinfində "Nəsirəddin Tusi mətn və lüğət üzrə iş"- "Nizami Gəncəvi yaradıcılığında səma cisimləri, astronomiya haqqında" mövzularını inteqrasiya edərək  açıq dərs təqdim etdi. Dərsdə Nizaminin kəlamları, qəzəlləri səsləndirildi. Nəsirəddin Tusnin bir astronom kimi dünya tarixində yeri haqqında məlumat verildi. Eyni zamanda dahi şair Nizami Gəncəvinin bir sıra əsərlərində səma cisimləri haqqında qeydləri diqqətə çatdırıldı. Şagirdlər "İskəndərnamə" və "Yeddi gözəl " əsərlərində Günəş, Ay və planetlərin insanın əhvali-ruhiyyəsinə təsiri barədə yazdığı misraları səsləndirdilər. Ensiklopedik biliyə malik hər iki dahi şəxsiyyət yad edildi.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi