“Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ” açıq dərs
24 aprel 2021-ci ildə məktəbin evdə təhsil şagirdlərinin hazırladığı “Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş ” açıq dərs keçirilmişdir. Açıq dərs Ms Teams platforması üzərindən online keçirildi. Açıq dərsin əsas məqsədi ölkə başçısı cənab İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi” ili elan olunması barədə imzaladığı sərəncamın icrası məqsədilə Nizami yaradıcılığını daha dərindən öyrənmək və gələcək nəsillərə dahi şairimizi yaxından tanıtdırmaqdan ibarətdir. İlk öncə sagirdlər dahi şair və mütəfəkkir Nizami Gəncəvinin həyat və yaradıcılığı haqqında qısa məlumat verdilər. Daha sonra öyrəndikləri qəzəlləri, hazırladıqları krossvordları və video materialları təqdim etdilər. Şagirdlər sonra Nizami Gəncəvinin 36 qızıl bənd misrasını səsləndirdilər. Tədbirin sonunda ana dili və ədəbiyyat müəllimi Gülbanə Mansurova çıxış edərək şagirdlərə Nizami yaradıcılığının daha dərindən öyrənilməsinin və dünyaşöhrətli şairimizin əsərlərini təhlil edərək öyrənmənin xalqımızın mədəni inkişafında necə mühüm rol oynadığını vurğuladı. Tədbirdə 7 “Ç” və 8 “B” sinif sagirdləri də iştirak edirdilər. Sonda isə İlhamə Bənnayeva bütün tədbir iştirakçılarına öz təşəkkürünü bildirdi.