“Kitablar bizim dostumuzdur” adlı tədbir

     

           23 aprel – Beynəlxalq Kitab Günüdür. Bu əlamətdar gün münasibətilə məktəbin 1”Ə” sinfində “Kitablar bizim dostumuzdur” adlı tədbir keçirildi. Görüş Ms Teams platforması üzərindən online keçirildi.

      Şagirdlər öyrəndikləri nağıl və hekayələrin məzmunu, kitab haqqında şeirlər, atalar-sözləri, məlumatlar söylədilər. Onlar çəkdikləri kitab rəsmlərini, nağıllardan illüstrasiyalar təqdim etdilər.

     Sinif rəhbəri Aygün Dadaşova kitabın faydaları, məzmununa görə kitabların növləri və F.Köçərli adına uşaq kitabxanası haqqında məlumat verdi. Daha sonra evdə kitab nümunəsi hazırlamaq haqda video nümayiş etdirdi.

      Sonda tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova tədbirlə bağlı rəy və fikirlərini bölüşdürdü.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi