“Nizaminin xəmsə möcüzəsi” adlı onlayn tədbir

       22 aprel 2021-ci ildə  məktəbin 4”E” sinif şagirdlərinin hazırladığı “Nizaminin xəmsə möcüzəsi” adlı onlayn tədbir keçirilmişdir. Tədbirin əsas məqsədi ölkə başçısı İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi” ili elan olunması barədə imzaladığı sərəncamın icrası məqsədilə Nizami yaradıcılığını daha dərindən öyrənmək və gələcək nəsillərə dahi şairimizi yaxından tanıtdırmaqdan ibarətdir. İlk öncə məktəbin direktoru Elçin Abdullayev çıxış edərək tədbiri açıq elan etdi. Daha sonra sinif rəhbəri Zümrüd Hüseynova dahi mütəfəkkir Nizami Gəncəvinin yaradıcılığı haqqında şagirdlərimizə və qonaqlara qısa məlumat verdikdən sonra tədbir iştirakçılarını şagirdlərin hazırladığı virtual kompozisiyanı seyr etməyə dəvət etdi. Şagirdlər Nizami Gəncəvinin Xəmsə adı altında birləşən ölməz beş poemasını səhnəciklərlə, şeirlərlərlə canlandırdılar. Onlar bir-birindən maraqlı səhnələr nümayiş etdirdilər. Tədbirdə Gəncə şəhər 17 nömrəli tam orta məktəbin direktoru Nərgiz Həsənova, , Firudin bəy Köçərli adına Uşaq kitaxanasının müdir müavini Ceyran Cəfərova, Türkiyə Cümhuriyyətinin Bandırma ilçə ilkokul öğretmeni Raziyə Günəş və ilkokul şagirdləri və s. dəyərli qonaqlar iştirak etmişlər. Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və ibtidai siniflər üzrə direktor müavini Arzu Məmmədova çıxış edərək şagirdlərə Nizami yaradıcılığının daha dərindən öyrənilməsinin və dünyaşöhrətli şairimizin əsərlərini təhlil edərək öyrənmənin xalqımızın mədəni inkişafında necə mühüm rol oynadığını vurğuladılar. Tədbirin gedişində digər qonaqlarda çıxış edərək öz ürək sözlərini söylədilər. Daha sonra Türkiyə cümhuriyyətinin Bandırma ilçə ilkokul öğretmeni Raziyə Günəş çıxış edərək belə maarifləndirici tədbirə dəvət edildikləri üçün məktəb rəhbərliyinə öz dərin təşəkkürünü bildirdi və sonra isə Bandırma ilçə ilkokul şagirdləri çıxış edərək bütün uşaqları “23 Nisan Ulusal Egemenlik ve Çocuk Bayramı” münasibəti ilə təbrik etdilər. Sonda isə Zümrüd müəllimə bütün tədbir iştirakçılarına öz təşəkkürü bildirdi və qardaş ölkə məktəbinin bu tədbirdə iştirak etməsinin qürurverici hal olduğunu və bunun davamlı olmasını dilədiyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi