“Əsl şagird necə olmalıdır?” mövzusunda təşkilat saatı

     Aprel ayının 22-də 8 “A” sinif şagirdləri ilə distant şəkildə təşkilat saatı keçirilib. Təşkilat saatı “Əsl şagird necə olmalıdır?” mövzusu ətrafında baş tutub.

    Giriş sözünü sinif rəhbəri Firuzə Kərimova başlayaraq əsl şagirdin necə olması haqqında danışdı. Hər bir şagirdin məktəbdə müəyyən qayda-qanunlara əməl etmələrini, yoldaşlarına qarşı nəzakətli olmalarını, ədəb-ərkan qaydalarına əməl etmələrin şagirdlərin diqqətinə çatdırdı. Baxmayaraq ki, pandemiya dövründə dərslər onlayn qaydada keçirilir, belə vəziyyətdə də nizam-intizam qaydalarına əməl etməyin vacibliyini qeyd etdi. Daha sonra bir neçə şagird bu mövzuda öz fikirlərini bildirdilər. Onlar əsl şagirdə məxsus bütün xüsusiyyətləri sadaladılar və söz verdilər ki, bu öz davranışlarına qarşı daha da diqqətli olacaq, dərslərinə daha məsuliyyətli yanaşacaqlar.

         

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi