II, III və IV siniflərində Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənni üzrə monitorinqlər keçirildi
20, 21 və 22 aprel tarixlərində məktəbin ibtidai təhsil pilləsində II, III və IV siniflərində Azərbaycan dili, riyaziyyat və həyat bilgisi fənni üzrə monitorinqlər keçirildi.
Monitorinqin keçirilməsinin əsas məqsədi virtual dərslərin tədrisi zamanı şagirdlərin tədris olunan fənni hansı səviyyədə mənimsədiyini təyin etmək idi. Monitorinqin keçirilməsinə məktəbin direktoru Elçin Abdullayev, təlim- tərbiyə işləri üzrə direktor müavini Elvin Aslanlı və Arzu Məmmədova nəzarət edirdilər.