"Yeniyetmələrin reproduktiv sağlamlığı, cinsi tərbiyə, erkən nigah, zorakılıq mövzusunda və yeniyetmələrin qarşılaşdığı əsas problemlər" haqqında onlayn söhbət

       Aprelin 20 -də  məktəbin psixoloqu Vəfa Ağayeva 7-ci sinif şagirdləri ilə "Yeniyetmələrin reproduktiv sağlamlığı, cinsi tərbiyə, erkən nigah, zorakılıq mövzusunda və yeniyetmələrin qarşılaşdığı əsas problemlər" haqqında onlayn söhbət aparıldı. Vəfa Ağayeva qeyd etdi ki, reproduktiv sağlamlığın, sağlam həyat tərzinin əsas şərtləri düzgün qidalanma, idman vərdişləri, əmək və istirahət rejiminin düzgün təşkil olunmasıdır. Sağlam olmaq üçün təmiz havada gəzməli, 7-8 saat yatmalı, meyvə-tərəvəz qəbul etməli, stres və depresiyadan uzaq olmalıdır. Reproduktiv sağlamlığın qorunması üçün insan sağlam həyat tərzi keçirməli, gələcək nəslin sağlamlığının qayğısına qalmalıdır. Görüşü məktəbin direktoru Elçin Abdullayev izləmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi