Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü
Hər il aprel ayının 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu məqsədlə 16.04.2021-ci il tarixində məktəbin 5 “C” sinfində təşkilat saatı keçirildi. Təşkilat saatının keçirilməsində əsas məqsəd şagirdləri ulu babalarımızdan yadigar qalan abidələrimizlə tanış etməkdir.
Mədəni irsimizi öyrənmək, onu qoruyub saxlamaq və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur.