"Tarix yazan Vətən oğulları" adlı növbəti onlayn tədbir

    16 .04.2021-ci il tarixdə "Tarix yazan Vətən oğulları" adlı növbəti onlayn tədbir keçirildi.Tədbirdə çox hörmətli qonaqlar ilahiyyatçı, din xadimi Hacı Şahin, Müdafiə Nazirliyinin hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbə müdiri Zümrüd xanım Səmədova, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, rus əsilli şəhidimiz Dmitriy Solnçevin bacısı Yuliya xanım iştirak edirdi. Tədbiri məktəbin Ana dili - ədəbiyyat müəllimi Səadət Mahmudova açaraq sözü məktəbin direktoru Elçin Abdullayevə verdi. Elçin Abdullayev  qonaqları salamlayaraq, şəhidlərimizi bir daha andı. Sonra Hacı Şahin şəhidlik  mərtəbəsindən, şəhidlik zirvəsinin müqəddəsliyindən danışdı. İslamda şəhidliyin ən ali mənsəb olduğunu dönə-dönə vurğuladı. Zümrüd xanım Səmədova, Şahmar Tağıyev isə  öz çıxışlarında şəhid ailələrinə dövlət qayğısından bəhs etdilər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova Qubadlı torpağında şəhid olan Dmitriy Solnçevin bacısı Yuliya xanıma ürək sözləri ilə təsəlli verərək maddi və mənəvi cəhətdən  hər cür yardıma hazır olduğunu bildirdi. Tədbir məktəbin istedadlı şagirdlərinin hazırladığı bədii hissə ilə tamamlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi