“ Qarabağ xalçaları “ mövzusuna həsr olunmuş onlayn dərs

      Məktəbin  2 “A” sinfinin rəhbəri Kifayət Axundova bu dəfə dərsi “ Qarabağ xalçaları “ mövzusuna həsr etdi. O, qədim xalçalarımız, xüsusilə Qarabağ xalçaları haqqında ətraflı məlumat verdi.

      Qarabağ tipinə aid olan və "Qarabağ xalçası" adlandırılan bu xalçalar Azərbaycanın bütün məntəqələrində, o cümlədən Dağıstanda istehsal olunurdu və hal-hazırda da istehsal olunmaqdadır. İstanbul bazarlarında satılmaq üçün Şuşada istehsal olunan eyni kompozisiyalı xalılar "Xan xalçası" və ya "Xan Qarabağ xalçası", Qubada toxunan eyni xalçalar isə "Afurca xalçası" adlanırdı. Qarabağ xalçaları bir neçə variantda kompozisiyaya malikdir. Həmin xalçalar müxtəlif ölçülərdə hazırlanır. Hətta kvadrat formalı olanlara da rast gəlmək mümkündür. Qarabağ xalçasının bir növü toxucular tərəfindən Çini-çeşni adlandırılan xalçalardır. Zaman keçdikcə xalçaçılıq sənətinin texnoloji xüsusiyyətləri ilə əlaqədar olaraq,bu xalçalar dəyişikliyə məruz qalmışdır

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi