Azərbaycanın görkəmli oftalmoloqu, əməkdar elm xadimi Zərifə Əliyevanın vəfat etməsinin 36-cı ildönümü

     15.04.2021-ci il tarixində məktəbin 4 “E" sinfində Azərbaycanın görkəmli oftalmoloqu, əməkdar elm xadimi Zərifə Əliyevanın vəfat etməsinin 36-cı ildönümünə həsr edilmiş  onlayn tədbir keçirilmişdir. Tədbirdə sinif rəhbəri Zümrüd Hüseynova XX əsr tarixinin görkəmli simalarından olan Zərifə Əliyeva haqqında  qısa məlumat verdikdən sonra çıxış üçün şagirdlərə söz verildi. Şagirdlər Zərifə xanımın həyatından geniş bəhs etdilər və onun necə gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, tibb elminə əvəzsiz töhfələr vermiş böyük oftalmoloq olduğu haqqında danışdılar. Daha sonra məktəbin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova şagirdlərə Zərifə Əliyevanın yüksək insani və əxlaqi keyfiyyətləri, onun bədii istedadı, naciblik və xeyirxahlıq xüsusiyyətləri barədə məlumat verdi. Sonda isə sinif rəhbəri Zümrüd müəllimə bildirdi ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Akademikin alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində ayrıca bir mərhələ təşkil edir. Onun elmi fəaliyyəti çox zəngin və əhatəli olmuşdur. İstedadlı alim kimi oftalmologiyanın aktual mövzularına həsr edilmiş çoxprofilli tədqiqatlar aparıb və dəyərli elmi-tədqiqat işləri yazıb. Zərifə xanım Əliyeva 1985-ci il aprelin 15-də Moskva şəhərində vəfat edib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi