Onlayn dərslərimiz davam edir
Məlumdur ki, COVİD -19 virusunun məktəblərdə sürətli yayılması ilə əlaqədar 05.04.2021-ci il tarixində Bakı, Abşeron və Sumqayıt şəhərlərində dərslər yenidən distant formaya keçirildi. Buna baxmayaraq məktəbdə distant dərslər səmərəli şəkildə təşkil olunur. Dərslər mütəmadi olaraq məktəb rəhbərliyi tərəfindən izlənilir. Müəllimlər dərslərdə mümkün qədər bütün elektron resurslardan istifadə etməyə çalışırlar.