Onlayn valideyn iclası keçirildi

09.04.2021-ci il tarixində məktəbin IX sinif şagirdlərinin valideynləri ilə onlayn iclas keçirildi. Iclası təlim-tərbiyə işləri üzrə direktor müavini Həqiqət Gülalıyeva apardı. İclasda həmçinin tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, IX siniflərin sinif rəhbərləri və həmin siniflərdə tədris aparan ana dili, riyaziyyat, ingilis dili müəllimləri də iştirak etdilər. İclasın əsas mövzusu buraxılış imtahanları haqqında idi. Şagirdlərin buraxılış imtahanlarına hazırlığı zamanı qarşılaşdığı çətinliklər müzakirə olundu. Həqiqət Gülalıyeva valideynlərdən distant dərslərə münasibətini soruşdu. Valideynlər keçirilən dərslərdən razı qaldıqlarını bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi