12 Aprel - Kosmonavtika Günü

Məktəbin 6 “C” sinif şagirdləri tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova və sinif rəhbəri Reyhan Qasımovanın təşkilatçılığı ilə 12 Aprel - Kosmonavtika Günü ilə əlaqədar tədbir keçirdi. Tədbirdə kosmonavtikanın keçdiyi tarixi yola nəzər salındı. Məşhur kosmonavtlar, onlarla bağlı maraqlı məlumatlar diqqətə çatdırıldı. Bu elmin inkişafında əvəzsiz xidmətləri olan azərbaycanlı alim Kərim Kərimovun həyatı və elmi yaradıcılığı haqqında məlumat verildi. Azərbaycanın ilk rabitə peyki Azerspace-1-in orbitə 2013-ci il 8 fevral tarixində çıxarılması da diqqətə çatdırıldı. Şagirdlər ətraflı məlumat verərək, bu sahəyə olan maraqlarını bir daha sübut etdilər.