2021-ci il “Nizami Gəncəvi İli”

   09.04.2021-ci il tarixində məktəbin  1 “Ə” sinfində dahi mütəfəkkir Nizami Gəncəvinin 880 illiyi münasibətilə təşkilat saatı keçirildi. Tədbirdə təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Məmmədova, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etmişdirlər. Şagirdlər Nizami Gəncəvinin həyatı və yaradıcılığı haqqında məlumatlar, “Nəsihətlər”, “Yaralı uşağın dastanı”, “Sözün tərifi” və s. şeirlərindən nümunələr söylədilər. Daha sonra Nizami Gəncəvi muzeyindən bəhs edən kadrlar nümayiş edildi. İbtidai sinif müəllimi Aygün Dadaşova dünya ədəbiyyatının görkəmli nümayəndəsi, dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi haqqında məlumat verdi.

     Sonda təlim-tərbiyə işləri üzrə direktor müavini Arzu Məmmədova və tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında ölkəmizdə görülən tədbirlərdən çıxış etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi