Firudin bəy Köçərli adına Uşaq kitaxanasına virtual səyahət
09.04.2021-ci il tarixində məktəbin təşkilatçılığı ilə III və IV sinif şagirdləri ilə birlikdə “Mədəniyyətimizlə də birlikdəyik” layihəsi çərçivəsində Firudin bəy Köçərli adına Uşaq kitaxanasına virtual səyahət keçirilmişdir. Görüşdə məktəbin müəllim kollektivi, şagirdlər və kitabxanın əməkdaşları iştirak ediblər. Görüşün əsas məqsədi şagirdlərə kitab oxumanın və mütaliə ilə məşğul olmanın insanın özünü inkişaf etdirməsində nə qədər müstəsna rol oynadığını şagirdlərə aşılamaqdan ibarət idi. Müəllimlər şagirdlərə xüsusilə pandemiya dövründə kitab oxumanın vacibliyini söylədilər. Kitabxana əməkdaşları Ceyran xanım və Zairə xanım şagirdləri kitabxana ilə yaxından tanış etdilər, onlara buradakı kitablar, jurnallar barədə geniş məlumat verdilər. Daha sonra isə şagirdlər kitabxana əməkdaşlarına öz suallarını ünvanladılar və görüşdə uşaq ədəbiyyatı ilə bağlı maraqlı mövzulara toxunuldu.