Məktəbin yeniyetmə yaş qrupuna aid olan şagirdlərin valideynləri ilə görüş

    Fevralın 6-da məktəbin psixoloqu Vəfa Ağayeva 9-cu sinif şagirdlərinin valideynləri ilə yeniyetməliyə psixososial baxış, yeniyetmələrin qarşılaşdığı əsas problemlər haqqında ətraflı şöhbət aparıb. Vəfa Ağayeva qeyd etdi ki, yeniyetməlik dövrü bioloji, fizioloji və psixoloji inkişafin ən aktual dövrüdür və bu müxtəlif yaşlara təsadüf edə bilər. Başlanğıc yaş həddi 9-12, sonrakı dövr 13-15 yaş müəyyən edilib. Yeniyetmələr öz yaşıdları ilə ünsiyyət qurmağa daha çox üstünlük verirlər.Bu öz "mən"ini subut etmək tələbatını ortaya çıxarır. Onların eqoları yüksəlir və yaşıdları ilə özünü müqayisə edərək diqqət çəkməyə və seçilməyə çalışır. Həmin yaşda uşaqlar yaşlılar tərəfindən bəyənilməkdən çox, həmyaşıdları arasında nüfuz qazanmağa üstünlük verirlər. Yeniyetməlik dövü öz həssaslığı və çılğınlığı ilə seçilir. Ona görə həmin dövrdə yeniyetmələri çox danlamaq, hər xırda məsələyə görə qıcıqlandırmaq, təhqir etmək,laqeydlik göstərmək olmaz. Övladın şəxsiyyət kimi formalaşmasında ən böyük iş valideynlərin üzərinə düşür. Yeniyetmə yaşlarında valideyn övladı ilə dost olmalı, bu dövrdə yaranmış problemlərin həllinə sevgi, duygu ilə, səbrlə yanaşmalı, düzgün ünsiyyət qurmalıdır. Valideynlər yeniyetmələri dinləmələri anlamalı, özlərini tanımaları üçün fürsət verməlidir. Onlara optimist olmağı, özlərinə yaxşı baxmağı,ən əsası insan olmağı  öyrətmək lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi