"Nizami Gəncəvinin 880-ci ilinin kimya fənni ilə inteqrasiyası" adlı onlayn tədbir

     2021-ci ildə Azərbaycanın dahi şairi və sənətkarı Nizami Gəncəvinin anadan olmasının 880 illiyi tamam olur. Respublikamızın dövlət başçısı İlham Əliyev hər bir əsərində insanları birliyə çağıran, əxlaqi və yüksək mənəvi dəyərlər aşılayan, zəngin yaradıcılığının Azərbaycan ədəbiyyatına verdiyi böyük töhfələri nəzərə alaraq ölkəmizdə bu ili "Nizami Gəncəvi ili" elan edib. Bu məqsədlə bu gün məktəbin kimya müəllimi Aytəkin Hüseynovanın 9 “E” sinfi ilə "Nizami Gəncəvinin 880-ci ilinin kimya fənni ilə inteqrasiyası" adlı onlayn tədbir keçirildi. Aytəkin müəllimə Nizami Gəncəvinin əsərlərindən nümunələr göstərməklə onları kimya fənni ilə əlaqələndirdi. Məqsəd isə dahi şairin əsərlərində kimyəvi elementlərin xassə və xüsusiyyətlərini daha dərindən şagirdlərə çatdırmaq idi. Daha sonra şagirdlər əsərlərdən misralar seçərək, onların kimya ilə tərənnümünü müzakirə etdilər. Tədbirdə məktəbin direktor müavinləri Həqiqət Gülalıyeva və Vüsalə Məmmədova iştirak etdi. Sonda isə Aytəkin müəllimə iştirakçılara öz təşəkkürünü bildirdi. Müəllimələr uşaqlara öz tövsiyyələrini verdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi