"Qarabağ musiqisinə səyahət"
06.04.2021 tarixində 4 ”D” sinfində keçirilən musiqi dərsində sinif rəhbəri Anaxanım Veysalova şagirdləri virtual olaraq Qarabağ musiqisinə səyahət etdirdi. Şagirdlərə Azərbaycanın dilbər guşəsi olan, musiqiçilər diyarı olan Qarabağ haqqında, Qarabağda anadan olan, yaşayıb yaradan xanəndələr, bəstəkarlar haqqında məlumat verdi. Yalnız Qarabağda açan Xarıbülbül gülünün nadir bir gül olduğunu şagirdlərə söylədi. Xarıbülbülün gözəlliyinə onlarla musiqi bəstələndiyi haqqında məlumat verdi. Dillər əzbəri olan Azərbaycan xalq musiqisi "Sarı bülbül" musiqisini şagirdlərə Səid Rüstəmovun ifasında səsləndirdi. Şagirdlər həvəslə musiqini dinlədilər.