Dahi söz ustadı Nizami Gəncəvinin əsərlərinə hərs olunmuş onlayn dərs
Bu il ölkə başçımızın verdiyi sərəncama əsasən Dahi söz ustadı Nizami Gəncəvinin anadan olmasının 880 ilinin tamam olması ilə əlaqədar olaraq bu ili Nizami ili elan etdi.
06.04.2021 ci il tarixində 2 “B” - "Sağlam təhsil " sinfinin Microsoft Teams platformasında keçdiyi Azərbaycan dili dərsində Nizami Gəncəvi yaradıcılığına fəndaxili inteqrasiya etdi. Bu dəfə ki mövzumuz "Bal arısının ailəsi " idi. Müəllim Aytən Ovçuyeva Nizami Gəncəvi yaradıcılığının şah əsərlərindən biri olan "Sirlər Xəzinəsi”nə daxil olan "Kərpickəsən qocanın hekayəsi" mövzusuna inteqrasiya etdi. Hər iki mövzuya aid videoçarx nümayiş etdirdi. Həmin dərsdə tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova da iştirak etdi. Şagirdlərə Dahi söz ustadının əsərlərindən nümunələr çəkdi. Onun haqqında danışdı. Daha sonra şagirdlər və müəllim hər iki mövzu ətrafında disskusiya təşkil etdilər.Venndiaqramında hər iki mövzunun oxşar və fərqli cəhətlərini müəyyən etdilər.