"Beynəlxalq  Uşaq Kitabı Günü"

  02.04 2021-ci il tarixində məktəbin kitabxanaçısı Fəxriyyə Cəfərova ibtidai siniflərdə "Beynəlxalq  Uşaq Kitabı Günü" ilə əlaqədar maarifləndirici söhbətlər apardı və bu günün tarixi haqqında məlumat verdi.

  Uşaq ədəbiyyatının inkişafında əvəzsiz rolu olan danimarkalı yazıçı Hans Xristian Andersenin anadan olduğu gün – 2 aprel tarixi 1967-ci ildən etibarən Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada “Beynəlxalq Uşaq Kitabı Günü” kimi qeyd olunduğunu vurğuladı. Bu günün keçirilməsində əsas məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu göstərmək, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdən ibarət olduğunu söylədi və uşaqlarla xatirə şəkilləri çəkdirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi