31 Mart - Azərbaycanlıların soyqırımı günü

    30.03.2021 -ci il tarixində  məktəbin kitabxana müdiri  Alidə Hadıyeva  və kitabxanaçı Fəxriyyə Cəfərova " 31 Mart - Azərbaycanlıların soyqırımı günü " adlı anım  tədbiri keçirdi. Tədbir bir dəqiqəlik sükutla başlanıldı.

Tədbirdə məktəbin 6 "C" sinif şagirdləri iştirak etdilər. Şagirdlər 31 Mart soyqırımı barədə məlumatlar verərək tarixin qanlı səhifələri  haqqında ardıcıl olaraq məlumatlar, şeirlər söylədilər. Tədbirdə həmçinin təlim-tərbiyə işləri üzrə direktor müavini  Həqiqət Gülalıyeva, tərbiyə işləri üzrə direktor müavini Vüsalə Məmmədova, UBTR Günay Rəsulova da iştirak edərək öz fikirlərini bildirdilər.

    Sonda  kitabxanaçı  Fəxriyyə Cəfərova  tədbirin keçirilməsində  əsas məqsədin qələbəyə gedən yol məhz bu qanlı səhifələrdən keçdiyini vurğuladı və 44 günlük Vətən müharibəsi Azərbaycanın qüdrətini bütün dünyaya göstərməsi və  şəhidlərimizin qanın yerdə qalmamasını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi