Novruz bayramına həsr olunmuş sinif təşkilat saatı keçirilib

  Məktəbin 1 “F”  sinfində Novruz bayramına həsr olunmuş sinif təşkilat saatı keçirilib. Sinif rəhbəri  Nərmin Məmmədova şagirdlərə Novruz ənənələrindən bəhs edib. Uşaqlar şeirlər səsləndirib, video çarxlar nümayiş olunub. Qeyd olunub ki, bu bayram digər bayramlardan "qələbə ətri" ilə fərqlənir. Bayram tonqalımız işğal olunmuş ərazilərimizdə , qədim Qarabağ torpağında alovlanır. Buna görə Vətən uğrunda canından keçən şəhidlərimizə hər zaman borclu olacağıq. Şəhidlərimizin əziz ruhları hörmətlə yad edilib.

   Sonda şagirdlər öz əl işlərini təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi